Ağdaşda ağacla öldürülən şəxs `Azərişıq`ın əməkdaşı imiş - TƏFƏRRÜAT


20:37     25 Dekabr 2017 qetl40.jpg

Ağdaşda qətl törədilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən B.Əliyev orada ölüb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.


Yenilənib*** 16:35


Dünən Ağdaş rayonunda törədilmiş qətlin səbəbi məlum olub. Lent.az xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla vurub öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Belə ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.


İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.


Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.


Femida.az

Açar sözlər:

Oxunub: 2125